“İqtisadçı” İtaliyada uduzdu
Qadın voleybolçulardan ibarət “İqtisadçı” klubu dünən CEV kubokunda 3-cü matçına çıxıb. İdman.com.az saytının məlumatına görə, Azərbaycan Super Liqasının bürünc mükafatçısı dünən CEV kubokunda 3-cü matçına çıxıb. “Tələbələr” səfərdə “Yamamay” komandasının qonağı olublar.

İtaliya “A seriyası”nda məğlubiyyət nə olduğunu bilməyən rəqib, bu qarşılaşmada da üstün oyun nümayiş etdirib. Görüş Apennin təmsilçisinin xeyrinə başa çatıb.
Qeyd edək ki, cavab oyunu yanvarın 19-da Bakıda keçiriləcək.

11 yanvar
1/8 final mərhələsinin ilk oyunu

“Yamamay” (İtaliya) – “İqtisadçı” (Azərbaycan) - 3:0 (26:24, 25:17, 27:25 )
Hakimlər: İskra Zidaniç (Xorvatiya), Lemonia Moula (Yunanıstan)

Xəbər 1004 dəfə oxundu.