Fuad Əsədova yubiley təbriki
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov assosiasiyanın sabiq baş katibi Fuad Əsədovla görüşüb. Anadan olmasının 75 illik yubileyi ilə əlaqədar F.Əsədovu AFFA rəhbərliyi adından təbrik edən E.Məmmədov yubilyara xoş arzularını çatdırıb. Üzərində F.Əsədov – 75 yazılmış Azərbaycan milli komandasının futbolkası yubilyara hədiyyə olunub. Fuad Əsədov təbrikə və səmimi sözlərə görə AFFA-ya minnətdarlığını bildirib.

affa.az

Xəbər 898 dəfə oxundu.