"Neftçi"nin altı rəqibi müəyyənləşdi
Yanvarın 11-dən 24-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq "Neftçi"nin hazırlıq çərçivəsində qarşılaşacağı rəqiblərdən altısının adı müəyyənləşib.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paxtaxt təmsilçisi "Hajer" (Səudiyyə Ərəbistanı), "Foolad" (İran), "Guizhou Rehne" (Çin), "Volın" (Lutsk, Ukrayna) və Moskva "Dinamo"sunun U-23 komandası ilə qarşılaşacaq.

Bütün oyunlar "Mardan İdman Kompleksi"nin stadionunda oynanılacaq.

"Neftçi"nin bu matçlardan başqa, daha bir yoxlama görüşü nəzərdə tutulur.

Artıq komandanın yoxlama oyunlarının təqvimi də dəqiqləşib.

14 yanvar, 2015-ci il

"Neftçi"-"Hajer" (Səudiyyə Ərəbistanı)

17 yanvar

"Neftçi-""Foolad" (İran)

20 yanvar

"Neftçi"-"Guizhou Rehne" (Çin)

21 yanvar

"Neftçi"-"Volın" Lutsk (Ukrayna)

23 yanvar

"Neftçi"-"Dinamo" (Moskva, U-23)

Xəbər 825 dəfə oxundu.