"Xəzər Lənkəran" tarixinin ən yaxşı futbolçuları müəyyənləşdi
İdman Araşdırmalar Mərkəzi (İAM) "Xəzər Lənkəran”la birgə klubun 10 illik yubileyinə həsr olunmuş daha bir layihəni yekunlaşdırıb.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu dəfə İAM klubun tarixi ərzində ən yaxşı yerli futbolçusunu, legionerini və rəmzi komandasını seçib.

Bu məqsədlə ölkəmizin aparıcı KİV-lərində çalışan idman jurnalistləri arasında sorğu keçirilib. Respondentlərə İAM-ın Ekspert və Qiymətləndirmə Qrupunun müəyyənləşdirdiyi 33 namizəd futbolçu arasından seçim aparmaları təklif edilib.

Həmin oyunçulardan 3-ü qapıçı, hərəyə 12-si müdafiəçi və yarımmüdafiəçi, 6-sı isə hücumçu olub. Respondentlər bu siyahıdan ən yaxşı yerli və əcnəbi futbolçunu, eləcə də 1-4-4-2 taktiki sxeminə uyğun olan oyunçuları seçiblər.

"Xəzər Lənkəran" tarixinin ən yaxşıları arasında yer alan futbolçular aşağıda adları qeyd olunanlardır.

Rəmzi komanda:
I. Qapıçı: Kamran Ağayev (32 səs)
II. Mərkəz müdafiəçiləri (2): Adrian Skarlatake (30), Elvin Begiri (13)
III. Sağ cinah müdafiəçisi: Füzuli Məmmədov (25)
IV. Sol cinah müdafiəçisi: Radomir Todorov (15)
V. Dayaq yarımmüdafiəçisi: Rahid Əmirquliyev (29)
VI. Mərkəz yarımmüdafiəçisi: Mario Souza (18)
VII. Sağ cinah yarımmüdafiəçisi: Julius Vobay (17)
VIII. Sol cinah yarımmüdafiəçisi: Adrian Pit 22)
IX. Hücumçular (2): Zaur Ramazanov (29), Oqtay Dərəlioğlu (14)
X. Ən yaxşı yerli futbolçu: Rahid Əmirquliyev (14)
XI. Ən yaxşı legioner: Oqtay Dərəlioğlu (11)

Qeyd edək ki, sorğuya elə namizədlərin sayı qədər - 33 respondent qatılıb.

Xəbər 859 dəfə oxundu.