La Liqada 2014-cü ilin ən yaxşıları müəyyənləşib
İspaniya La Liqasında başa çatmaqda olan 2014-cü ilin ən yaxşıları müəyyənləşib.

6 nominasiyanın 4-də "Atletiko" (Madrid) klubu fərqlənib.

Ötən mövsüm İspaniya La Liqasının qalibi olan və Çempionlar Liqasının finalına yüksələn "Land of Fire Azerbaijan" formalı komandanın baş məşqçisi və futbolçuları ilin ən yaxşıları sırasında yer alıb.




Ən yaxşı komanda: "Atletiko" (Madrid)

Ən yaxşı baş məşqçi: Dieqo Simeone ("Atletiko", Madrid)

Ən yaxşı oyun: "Barselona" - "Atletiko". Madrid təmsilçisinin çempionluğunu rəsmiləşdirdiyi matç.

Ən yaxşı futbolçu: Dieqo Qodin ("Atletiko", Madrid)

Ən yaxşı gənc oyunçu: Manuel Triqueros ("Vilyareal")

Ən yaxşı qol: "Real"ın hücumçusu Kriştiano Ronaldonun "Valensiya"ya topuqla vurduğu qol.

Xəbər 773 dəfə oxundu.