Natəvan Əfşar: «İlk mərhələlərdə rəqiblər çox zəif olur»
«Cari mövsümdə «Bakı» klubunun əsas məqsədi “Çelenc Cup” turnirini qazanmaqdır». Bu açıqlamanı idman.com.az saytına komandanın aparıcı üzvü Natəvan Əfşar deyib. Milli voleybolçumuzun sözünə görə, ilk turlarda qarşıya zəif komandalar çıxırlar. Amma irəliyə addımladıqca, rəqiblərin ciddiliyi artır: «Çox asan qələbələr qazanmısıq. Kipr klubu ilə bugünkü matç da belələrindən idi. Səfərdə də qalib gələcəyimizi düşünürəm. Hədəfimiz böyükdür. İnşallah, yekunda arzumuza çatarıq».

Təcrübəli voleybolçu onu da qeyd edib ki, «Bakı»ya yeni legionerlər cəlb olunmayacaq. Çünki komanda üzvləri ümümi oyun ruhuna alışıblar və bu baş məşqçini qane edir: «Yaxşı heyətə malikik. Öz oyun tərzimiz var. Bütün voleybolçular həmin üsluba uyğundur. Bu üzdən, bildiyimə görə heyətə yeni legionerlər cəlb olunmayacaq».

Qeyd edək ki, “Çelenc Cup” turnirinin 1/16 final mərhələsinin ilk matçında «Bakı» doğma divarlar arasında Kiprin «Apollon» klubunu 3:0 hesabı ilə məğlub edib.

KAMRAN

Xəbər 994 dəfə oxundu.