"Çempionlar Liqasını yenə qazanacağıq" - Ronaldo
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo iddialı açıqlamaları ilə diqqət çəkib.

Ölkəsinin mətbuatına danışan portuqaliyalı futbolçu növbəti mövsüm də Çempionlar Liqasını qazana biləcəklərini deyib:

"Ümid edirəm ki, gələn il də bizim üçün uğurlu olacaq. Bu mövsüm də Çempionlar Liqasını qazana biləcəyimizə inanıram. Dünya çempionatını qazanmaq tarixi bir uğurdur və mənim həyatımda xüsusi yer tutur. Bu qələbə mənə əlavə güc verir".

Xəbər 791 dəfə oxundu.