BATE klubu: Əfran İsmayılov maraq dairəmizdə olmayıb
Belarusun BATE klubu Əfran İsmayılovla maraqlanmaları barədə xəbərləri təkzib edib. İdman.com.az xəbər verir ki, Belarus təmsilçisi bununla bağlı rəsmi saytı ilə açıqlama yayıb. Məlumatda futbolçumuzun heç vaxt onların maraq dairəsində olmadığı bildirilib:
“Komandamızın Əfran İsmayılova olan marağı ilə bağlı dərc olunan və sonra yayılan informasiyalardan çaş-baş qalmışıq. Daha çox isə futbolçunun və agentinin sözləri təəccüb doğurdu ki, guya, biz tərəfdən ona maraq var. Tam məsuliyyətlə bəyan edirik: Əfran İsmayılov heç vaxt BATE-nin maraq dairəsinə daxil olmayıb”.
Qeyd edək ki, Əfran İsmayılov BATE-dən təklif aldığını etiraf edib və Belarus klubuna yayda keçmək istədiyini bildirib.

Xəbər 931 dəfə oxundu.