"Arsenal"dan PSJ-yə 50 milyon funt
PSJ klubunun hücumçusu Edinson Kavani gələn ay komandasını dəyişə bilər.

"Arsenal" klubu uruqvaylı futbolçu ilə yaxından maraqlanır.

London təmsilçisi Kavani üçün PSJ-yə 50 milyon funt-sterlinq təklif edib. Təcrübəli futbolçunun bu təklifi müsbət qarşıladığı bildirilir. Tərəflər maliyyə məsələsində razılığa gələcəkləri təqdirdə, Kavani yanvar ayından PSJ-də çıxış edəcək.

Qeyd edək ki, Kavani bu mövsüm PSJ-də keçirdiyi 26 oyunda 13 qola imza atıb.

Xəbər 790 dəfə oxundu.