Prosineçki klublarımızın Antalyadakı hazırlığını izləyəcək
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Premyer Liqa klublarımızın qış hazırlıq prosesini yaxından izləməyi planlaşdırır. Xorvatiyalı mütəxəssis elita təmsilçilərinin Türkiyədəki toplanışlarını da izləyəcək. Bunun üçün o, yanvarın 9-dan 24-dək qardaş ölkədə olacaq. Qeyd edək ki, klublarımızın toplanışını AFFA klublar komitəsinin üzvləri də izləyəcəklər. Onların səfəri isə 14-24 yanvar tarixləri aralığında baş tutacaq.

Xəbər 841 dəfə oxundu.