Təhsi Nazirliyinin əməkdaşları arasında stolüstü tennis üzrə turnir keçirilib
Dekabr ayının 20- də “ Şüa “ idman- sağlamlıq kompleksində Stolüstü Tennis Federasıyasının təşkilatçılığı ilə Təhsil Nazirliyinin əməkdaşları arasında “31dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi gününə” həsr olunmuş stolüstü tennis üzrə turnir keçirilib. Bu münasibətlə keçirilmiş tədbirdə çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse- prezidenti Fazil Məmmədov ilk öncə yarış iştirakçılarını qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edib.O, dövlət başçımızın idmanın inkişafına böyük diqqət göstərdiyini,artıq ölkəmizin aparıcı idman dövlətlərindən birinə çevrildiyini və bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. Federasiyanın vitse- prezidenti Fazil Məmmədov 2015-ci ilin yayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının proqramına salınmış stolüstü tennis yarışlarına hazırlıq çərçivəsində fevral ayının 6-8 tarixlərində “ Avropa Stolüstü Tennis TOP-16” Kuboku və bu yarışlarda iştirak edəcək Avropanın ən güclü 16 kişi və 16 qadın tennisçisinin, o cümlədən Azərbaycanı təmsil edəcək 1 kişi və 1 qadın idmançısının turnirə qatılacağı barədə iştirakçılara geniş məlumat verib. Sonda Federasiyanın vitse-prezidenti Fazil Məmmədov yarışın qaliblərini təbrik edərək, diplom və hədiyyələri təqdim edib. 30-dək əməkdaşın iştirak etdiyi tədbir şəxsi formatda və beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilib.

Kişilər arasında birinci yerə nazir müavini Firudin Qurbanov, ikinciyə Samir Vəliyev, üçüncüyə Namiq Məmmədov layiq görülüblər.

Qadınlar arasında birinci yerə Aysel Ağayeva, ikinciyə Fəridə Novruzova, üçüncüyə Həbibə Fərzəliyeva layiq görülüblər.

Xəbər 957 dəfə oxundu.