Beynəlxalq X Fəcr Kuboku uğrunda keçirilmiş yarışlar başa çatıb
Dekabr ayının 16-19 tarixlərində İran İslam Respublikasının Qəzvin şəhərində stolüstü tennis üzrə kadetlər və yeniyetmələr arasında Beynəlxalq X Fəcr Kuboku uğrunda keçirilmiş yarışlar başa çatıb. İdman tədbirində 1999-cu il təvəllüdlü və daha azyaşlı kadet və 1996-cı il təvəllüdlü və daha azyaşlı yeniyetmə oğlan və qızlar mübarizə aparıb. Yarışlarda İran İslam Respublikasının 3 komandası və Azərbaycan, Türkmənistan, Qazaxıstan, Suriya komandaları iştirak ediblər.

Beynəlxalq turnirdə ölkəmizi məşqçilər Elnur Hidayətzadə və Gülnarə İbrahimovanın rəhbərliyi ilə yığma komandamızın 11 üzvü ( 6 qız və 5 oğlan ) təmsil edib.Gərgin mübarizə şəraitində kadet qızlardan ibarət komandamızın üzvləri Dinarə Məmmədova , Nəzrin Əhmədova və Nəzakət Qarayeva yaxşı oyun nümayiş etdirərək üçüncü yeri tutublar.

Xəbər 1066 dəfə oxundu.