"İtaliyada hər kəs özünü məşqçi hesab edir" - Mançini
"İnter" klubunun baş məşqçisi Roberto Mançini A Seriyasının son turunda evdə "Latsio" ilə 2:2 bərabərə qaldıqları oyundan sonra maraqlı fikirlər səsləndirib.

Təcrübəli mütəxəssis İtaliyada hər kəsin özünü məşqçi hesab etdiyini deyib:

"İtaliyada hər kəs özünü məşqçi hesab edir. Lakin bu heç də asan deyil. İlk hissədə seçdiyim taktikaya nəzər yetirdikdə özümə haqq qazandıra bilərəm. "Latsio" ilə oyunda erkən qol buraxmağımız planlarımızı pozdu. Rəqibə isə geniş oynamaq imkanı verdi. Səhvlərin olması normaldır. Ancaq bunun taktiki dəyişikliklə əlaqədar olduğunu düşünmürəm. Bir aya "İnter"in "Barselona" və "Bavariya" olmasını gözləməyin. İkinci hissədə daha yaxşı oynadıq. Ümid edirəm ki, qarşıdakı ev oyunlarında top buraxmayacağıq".

Xəbər 781 dəfə oxundu.