"Simurq" "Bakı"ya qarşı
Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulacaq.

2014-cü ilin son oyununda “Simurq” “Bakı”nı qəbul edəcək.

Ötən gün keçirilməli olan görüş dumanlı hava şəraiti ilə əlaqədar bu günə təxirə salınıb. Görüş 12:00-da başlayacaq.

Xatırladaq ki, qış fasiləsinə “Qarabağ” 34 xalla 1-ci, “İnter” 29 xalla 2-ci, “Neftçi” isə 26 xalla 3-cü pillədə yollanıb.




22 dekabr

Azərbaycan Premyer Liqası, 18-ci tur

12:00. “Simurq” – “Bakı”
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev
Zaqatala şəhər stadionu.



21 dekabr (bazar)

“Qarabağ” – “Sumqayıt” - 2:0
Qollar: Leroy Corc, 25, (1:0), Vurğun Hüseynov, 55-avtoqol (2:0)Realllaşdırılmayan penalti: Ramazan Abbasov, 89 (“Sumqayıt”) - qapıçı
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


“Qəbələ” – “İnter” - 1:1
Qırmızı vərəqə: Elvin Məmmədov, 87 ("İnter")
Qol: Dodo, 38, (1:0), Məhəmməd Mirzəbəyov, 67 (1:1)
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elşən Acalov, Vüsal V. Əliyev
Qəbələ şəhər stadionu.

“Xəzər Lənkəran” – AZAL - 1:1
Qol: Mombanqo, 43 (0:1), Fernando Qabriel, 60 (1:1)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rəhim Həsənov
“Xəzər Lənkəran” mərkəzi stadionu.

Xəbər 822 dəfə oxundu.