Qalin İvanov "Xəzər Lənkəran"dan ayrıldı
"Xəzər Lənkəran" klubunun bolqarıstanlı futbolçusu Qalin İvanov komandadan ayrılıb.

26 yaşlı futbolçu Lənkəran təmsilçisi ilə müqaviləsini ləğv edib.

"Klubun yerinə yetirilməyən şərtləri səbəbindən "Xəzər Lənkəran"la müqaviləmi ləğv etdim" - deyə Q.İvanov bildirib.

Qeyd edək ki, Q.İvanovun "Xəzər Lənkəran"da olan maliyyə problemləri səbəbindən komandadan ayrıldığı iddia edilir.

Xəbər 1154 dəfə oxundu.