Riberi Fransada ən çox nifrət edilən idmançı oldu
Fransada ilin ən çox nifrət edilən idmançısı müəyyənləşib.

VSD nəşrinin azarkeşlər arasında apardığı səsverməyə əsasən, bu il Fransa millisindəki karyerasını başa vuran "Bavariya"nın futbolçusu F.Riberi siyahının ilk pilləsində qərarlaşıb. O, səslərin 67 faizini toplayıb.

"Mançester Siti"nin futbolçusu Samir Nəsri ikinci, Fransa millisinin sabiq oyunçusu Nikolas Anelka isə üçüncü olub.

"Real"ın hücumçusu Kərim Benzema da ən çox nifrət edilən idmançılar sırasında yer alıb.

Xəbər 830 dəfə oxundu.