İbrahimoviç milyarderlər siyahısında
İsveç millisinin və PSJ-nin futbolçusu Zlatan İbrahimoviç ölkəsinin milyarderlər siyahısında yer alıb.

33 yaşlı hücumçu 1 milyard İsveç kronu ilə vətəninin ən varlı insanları arasında 147-ci pillədədir.

Z.İbrahimoviç İsveçdə milyarderlər sırasında olan ilk idmançı olub.

Qeyd edək ki, İbrahimoviçə avtomobil reklamına çəkilməsi yüksək gəlir qazandırıb.

Xəbər 821 dəfə oxundu.