“Neftçi” – “Dinamo” görüşünün vaxtı müəyyənləşdi
Premyer Liqanın lideri “Neftçi” təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanıb. İdman.com.az saytının məlumatına görə, paytaxt təmsilçisi "Mərdansport" mehmanxanasında məskunlaşıb. “Ağ-qaralar” bu gün Bakı vaxtı ilə saat 19:00-dan etibarən otelin meydançasında məşq edəcək.

Artıq "Neftçi"nin hazırlıq prosesinin ilk mərhələsində keçirəcəyi yoldaşlıq görüşlərinin tarixi və rəqiblər də müəyyənləşib. Komanda yanvarın 17-də "Dinamo" (Drezden, Almaniya), 21-də "Aktobe" (Qazaxıstan), 24-də isə "Beroe" (Bolqarıstan) klubu ilə qarşılaşacaq.

Xəbər 910 dəfə oxundu.