Vidiç "İnter"dən ayrılır
"İnter" klubunun müdafiəçisi Nemanya Vidiç qışda komandadan ayrılacaq.

Bu barədə xəbəri İtaliya mətbuatı yayıb.

Milan təmsilçisinin baş məşqçisi Roberto Mançini serbiyalı futbolçunu komandasında görmək istəmir. Səbəb kimi isə futbolçunun yaşlı və əvvəlki formasından uzaq olması göstərilir.

Qeyd edək ki, Vidiç mövsümün əvvəlində "Mançester Yunayted"dən "İnter"ə transfer olunub

Xəbər 789 dəfə oxundu.