"Real"dan daha bir rekord
Mərakeşdə keçirilən klublararası dünya çempionatının "Krul Azul"la yarımfinal oyunu Madrid "Real"ı üçün əlamətdar olub.

Rəqibinə 4 cavabsız qolla qalib gələn "kral klubu" bu il vurduğu qolların sayını 176-ya yüksəldib.

Bununla da, "Real" əzəli rəqibi "Barselona"nın 2012-ci ildəki rekordunu yeniləyib. Kataloniya təmsilçisi iki il öncə 175 dəfə rəqib qapılarına yol tapmışdı.

Xəbər 804 dəfə oxundu.