Erik Abidal karyerasını başa vurdu
Fransa futbolunun önəmli futbolçularından olan Erik Abidal karyerasını başa vurub.

Bu barədə "Olimpiakos" klubunun baş məşqçisi Miçel məlumat verib.

Təcrübəli mütəxəssis Abidalın Yunanıstan superliqasının son turunda "Panionios"la görüşdə (2:0) son matçına çıxdığını bildirib: "Abidal iki ay öncə karyerasını başa vurmaq haqda qərar vermişdi. Bu oyunda onu sonuncu dəfə meydançada gördük. Sabah mətbuat konfransı keçiriləcək və o, futboldan getdiyini rəsmən açıqlayacaq. Abidal kimi futbolçunun baş məşqçisi olduğu üçün xoşbəxtəm".

Qeyd edək ki, 35 yaşlı futbolçu karyerası ərzində "Monako", "Lill", "Lion" və "Barselona" kimi klubların şərəfini qoruyub.

Xəbər 799 dəfə oxundu.