Azərbaycan gimnastları Moskvada keçirilən yarışda 6 medal
Bugün Moskvada idman gimnastikası üzrə ənənəvi 21-ci “Mixail Voronin” Kuboku yekunlaşıb.

Yarışda Azərbaycanı təmsil edən yığma komandamızın üzvləri Anna Pavlova və Yuliya İnşına ümumi çətinlik üzrə 6 medal əldə ediblər.


Anna Pavlova öz çıxışlarının nəticəsinə əsasən 51.70 xal toplayaraq, çoxnövçülükdə 3-cü yerdə qərarlaşdı. O, həmçinin sərbəst hərəkətlərdə, dayaqla tullanmada və müxtəlif hündürlüklü qollarda bürünc medal qazanıb. Gimnastika tirində hərəkətlərdə isə hər iki gimnast fəxri kürsüyə yüksəldi. Belə ki, bu alətlə çıxışa görə Pavlova 2-ci, İnşına isə 3-cü yerdə qərarlaşdı.

“Voronin” Kuboku gimnastlarımız üçün ilin sonuncu yarışı oldu.

Xəbər 775 dəfə oxundu.