Cavadovun komandası kubokda xal qazandı
Türkiyə kubokunda qrup mərhələsinin II turunun oyunları keçirilib.

Millimizin futbolçusu Vaqif Cavadov və Rəhman Hacıyevin formasını geydiyi "Qaziantep BB” növbəti matçına çıxıb.

Superliqa təmsilçisi "Qaziantepspor”la keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Vaqif Cavadov start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb. Hacıyevin adı isə "18-liy”ə salınmayıb.

Xəbər 822 dəfə oxundu.