Fransa kubkoku: "Sent Etyen" 1/4 finalda

Fransa kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Bir matçdan ibarət olan yarışlarda Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sent Etyen” də meydana çıxıb.

Kristof Qaltyenin komandası səfərdə “Loryan”la qarşılaşıb və rəqibini 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Matçın yeganə qolunu Romen Amuma vurub.

Xatırladaq ki, daha əvvəl "Bastiya" və "Nant" 1/4 finala yüksəlib.

Xəbər 783 dəfə oxundu.