Mançini "aslan"la maraqlanır
"İnter"in çalışdırıcısı Roberto Mançini "Qalatasaray"ın oyunçusuna göz dikib.

İtalyan çalışdırıcı yanvarda kluba gətirəcəyi oyunçuların siyahısına "aslanlar"ın müdafiəçisi Semih Kayanın da adını daxil edib.

Mançini həmçinin rəhbərlikdən bu yay "Mançester Yunayted"dən transfer edilmiş Nemanya Vidiçin satılmasını istəyib.

"Sarı-qırmızılar" Semihi satmaq istəməsə də, klubda yaranmış maddi sıxıntıya görə "neradzurra" tərəfindən ediləcək hər hansı cəzbedici təklifə yox deməyəcəyi güman edilir.

Xəbər 979 dəfə oxundu.