Əvəzedicilərin çempionatında 17-ci tura yekun vuruldu
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən çempionatda XVII tura yekun vurulub.

İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, son oyun günündə 3 qarşılaşma baş tutub.

"Qəbələ" səfərdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib. "Xəzər Lənkəran" evdə "Qarabağ"ı 2:1, "İnter" isə "Neftçi" 3:0 hesabı ilə məğlub edib.

17 dekabr

“Sumqayıt” - “Qəbələ” - 1:3
Qollar: Vüsal Bayımov, 13 (1:0), Elnur Mustafazadə, 33 (1:1), Ramil Həsənov, 53, 87 (1:3)

“Xəzər Lənkəran” - “Qarabağ” - 2:1
Qollar: Anar Babazadə, 8 (1:0), Salman Cəfərov, 8 (1:1), Kamran Abdullazadə, 64 (2:1)

“İnter” - “Neftçi” - 3:0
Qollar: Elnur Süleymanov, 16-pen (1:0), Azər Salahlı, 20 (2:0), Mirsahib Abbasov, 45+1 (3:0)

Xəbər 883 dəfə oxundu.