Lui van Qal ilin məşqçisi seçildi
"Mançester Yunayted" klubunun çalışdırıcısı Lui van Qal Hollandiyada ilin məşqçisi seçilib.

63 yaşlı mütəxəssis səsvermədə hər kəsi qabaqlayıb.

Qadınlardan ibarət xokkey yığmasının baş məşqçisi Maks Kaldas isə ikinci olub.

Qeyd edək ki, van Qal 2009-cu ildə də ölkəsinin ən yaxşı məşqçisi seçilib. Onun rəhbərliyi altında Hollandiya millisi bu il Braziliyada keçirilən dünya çempionatının bürünc medallarına yiyələnib.

Xəbər 737 dəfə oxundu.