AAF-nın draytulinq üzrə kuboku keçirilib
Bakıda Azərbaycan alpinizm federasiyasının draytulinq üzrə növbəti kubok yarışı keçirilib. Bu dəfə AAF onu dekabrın 11-də keçirilən Beynəlxalq dağlar gününə aid edib.

Yarış üç kateqoriyada keçirilirdi: Elite (peşəkarlar), Open (təzə başlayanlar) və Junior (10-13 yaş arası uşaqlar və 14-16 yaş arası yeniyetmələr).
İştirakçıların ümümi sayı 75 nəfər təşkil edirdi.

Yarışın baş hakimi – Azərbaycanın qayayadırmanma üzrə idman ustası Yaqub Məmmədov idi.

Kubok üçün trassaları Rauf Zeynalov hazırlayıb. 2014-cü ilin yanvarında Rauf Fransada dərs keçib UIAA-nın “National competition IC route setter” (milli çempionatlarda marşrutları hazırlayıcı) sertifikatını alıb. Rauf öz işinin öhdəsindən uğurla gələrək, yarış iştirakçıları üçün həm ixtisaslaşdırılma, həm də final mərhələsi üçün maraqlı trassalar hazırlayıb.

Ən böyük gərginlik və həyacan kişilər arasında Elite kateqoriyasında yaşanıb. Əla bir “top” – finişda fiksasiya ilə trassanın tam olaraq keçirilməsini 1-ci yerin qalibi Mövsüm Şirəliyev (Dağ idman klubu) nümayiş etdirdi. Lakin Stanislav Belousov (2-ci yer, “İrbis”) və Azad Məmmədov (3-cü yer, Respublika alpinist-turist klubu) tamaşaçılarda böyük həyacan yaradaraq, öz bacarıqlarını və birincilik uğrunda qələbə iradələrini nümayiş ediblər.

Qadınların finalında qalib Leyla Əliyeva (FHN) oldu. Open kateqoriyalı trassalarda həyacan ab-havası Elite yarışındakı qədər yüksək idi. Qadınlar və kişilər arasındakı yarış çoxlu sayda azarkeşlərin diqqət mərkəzində idi.

Çox sevindirici haldır ki, bu il Junior kateqoriyasında iştirakçıların sayı böyüklərdən heç də az deyildi. Gənc alpinistlər inadcasında marşrutlarında qələbə uğrunda vuruşurdular.

Kiçik qrupun qalibləri Hədicə Quluzadə və Orxan Aslanov olub, gənclərin qrupunda isə mükafat alan Orxan Qaradağlı və Anastasiya Volodina oldu.

Xəbər 2323 dəfə oxundu.