Qılıncoynatma üzrə Beynəlxalq yarış keçirilib
Türkiyənin Kocaeli şəhərində qılıncoynatma üzrə 13-14 dekabrda Beynəlxalq yarış keçirilmişdir.

Turnirdə 23 ölkədən şpaqa və rapiraçılar iştirak edib.

Azərbaycanın 10 idmançısından 5-i kişi, 5-i qadın şpaqaçı iştirak edib. Onlardan 7-si Gömrük klubu, 3-ü Fencing klubunun üzüvləridirlər. 52 kişi arasından Əliyev Kənan 9 qələbədən sonra yarımfinalda İtalyan D`andrassi Edoardo -ya uduzaraq Gümüş medala sahib olmuşdur..

İtalyalıyalı yarışmaçı finalda Nəsibov Vəkilə qalib gəlmişdir. Nəsibov Vəkil bu yarışmanın Bürünc medalına sahib olmuşdur. Hər iki yarışmaçı Gömrük Klubunun idmançısıdır.

47 qadın arasında Hüseynova Samira 5 qələbədən sonra 11-ci yerə, Xudaverdiyeva Elmira 3 qələbədən sonra 20-ci yerə sahib olmuşdur. Hər iki yarışmaçı Gömrük Klubunun idmançısıdır.

Turnirdə - Braziliya, Argentina, Avstriya, İtalya, Makedoniya, Sloveniya, Küveyt, Belarusiya, Türkmənistan, Gürcüstan, Azərbaycan və ev sahibi olmuş Türkiyə iştirak edib.

Xəbər 1790 dəfə oxundu.