Fransada ilin ən yaxşı futbolçusu müəyyənləşib
Fransada ilin ən yaxşı futbolçusu müəyyənləşib. “Real”ın futbolçusu Kərim Benzema 2014-cü ildə Fransanın ən yaxşı futbolçusu seçilib. Ona mükafatı “Real”ın baş məşqçisi Karlo Ançelotti təqdim edib. “France Football”ın versiyasına görə, 2-ci yeri “Yuventus”lu Pol Poqba tutub. “Real”lı Rafael Varan isə 3-cü pillədə qərarlaşıb. 2014-cü ildə Kərim Benzema “Real”ın heyətində İspaniya kubokunu, Çempionları Liqasını və UEFA Superkubokunu qazanıb. O, dünya çempionatında da uğurlu olub. Benzema Braziliyada Fransa millisinin heyətində 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər 944 dəfə oxundu.