"Xəzər Lənkəran" - "Qarabağ" matçının yeri dəyişdi
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən yarışda bir oyunun məkanı dəyişdirilib.

İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məluata görə, “Xəzər Lənkəran” - “Qarabağ” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi "Xəzər Lənkəran" mərkəzi stadionunun köməkçi meydançasında deyil, “Dalğa Arena”da baş tutacaq.


17 dekabr

“Xəzər Lənkəran” – “Qarabağ”
“Dalğa Arena”, 14:00

Xəbər 813 dəfə oxundu.