“Sumqayıt” gündə 2 dəfə məşq edir
“Sumqayıt” klubu Unibank Premyer Liqasının 2-ci dövrəsi üçün hazırlığını Olimpiya Yığmalarının Təlim-Məşq bazasında davam etdirir. Komandadan idman.com.az saytına bildiriblər ki, istirahətdən qayıdan Andrey Popoviç, Ruslan Qurbanov, Bədavi Hüseynov, Abdulla Abatsiyev və Timur İsrafilov da artıq məşqlərdə iştirak edirlər.

Əməliyyat olunduqdan sonra bərpa prosesi keçən Ruslan Qurbanov məşqlərdə yalnız qaçışla kifayətlənir. Murad Səttarlı isə ayağında ağrılar hiss etdiyi üçün fərdi hazırlaşır. Əvəzedici heyətin yarımmüdafiəçisi Bəxtiyar Həsənalızadə əsas komanda ilə hazırlaşır. Komanda gün ərzində iki dəfə məşq edir.

Xəbər 909 dəfə oxundu.