Belarus fanatlar İtaliyanı qarışdırdı
Dünən Avropa Liqasının qrup mərhələsində keçirilən “Fiorentina” - “Dinamo” (Minsk) oyunundan (1:2) əvvəl insident yaşanıb.

İtaliya polisi 61 belarus azarkeşi saxlayıb.

Polisin məlumatına görə, azarkeşlərin həbsinə səbəb onların aqressiv davranışı və xuliqanlıq hərəkətləri olub. Belaruslar hətta polis əməkdaşlarına da müqavimət göstəriblər. Bəzi fanatların əlində dəyənəklər də olub. Nəticədə 13 azarkeş həbs olunub. 48 fanat isə şəxsiyyətin müəyyənləşdirilməsi səbəbiylə saxlanılıb.

Belarus səfirliyinin Romadakı konsulluq xidməti azarkeş qrupları ilə əlaqə yaradıb. Fanatların nümayəndəsi bildirib ki, saxlanılan şəxslərdən şikayət yoxdu, şəxsiyyətin müəyyənləşdirilməsi prosesindən sonra sərbəst buraxılacaqlar. Ancaq həbs olunun 13 azarkeşlə bağlı məhkəmə prosesi keçiriləcək.


Xəbər 900 dəfə oxundu.