"Beşiktaş" və "Trabzonspor" növbəti mərhələdə
Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

Keçiriləcək 24 oyundan sonra 1/16 finala yüksələcək komandaarın adı bəlli olub.

Türkiyə klublarından “Beşiktaş” doğma meydanda “Tottenhem”i qəbul edib. Hər iki komanda “pley-off”a vəsiqəni təmin etdiyindən bu oyun formal xarakter daşıyıb. Lakin rəqibinə 1:0 hesabı ilə qalib gələn "qara qartal" qrup mərhələsini lider başa vurub.

“Trabzonspor” isə səfərdə “Legiya”nın qonağı olub. Oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Xəbər 833 dəfə oxundu.