Masallıda cüdo üzrə rayon birinciliyi keçirilib
10-11 dekabr tarixlərində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhər 2 saylı tam orta məktəbin idman zalında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş kiçik yaşlı uşaqlar və yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib.

10 çəki dərəcəsində 60 nəfər kiçik yaşlı uşaqlar və yeniyetmə idmançıların iştirakı ilə keçirilən yarışın məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutmaq, rayonda cüdo idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək olub.

Sonda qaliblər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medalla mükafatlandırılıblar.

Xəbər 779 dəfə oxundu.