Cüdo üzrə şəhərlərarası turnirə yekun vurulub
Dekabrın 7-də Sumqayıt Olimpiya İdman Kompleksində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş 2001-2003-cü il təvəllüdlü oğlanlar arasında cüdo üzrə III şəhərlərarası turnir keçirilib.

Turnirdə Sumqayıtın 8 komandası ilə yanaşı Bakının 10, Gəncə, Siyəzən, Xaşmaz, Quba, Şabran, Agdam, Ağcabədi, Bərdə, Qusar, Yevlax, Mingeçevir, Şirvan, Şamaxı komandalarının iştirakı ilə 263 cüdoçuları qalib adı uğrunda mübarizə aparıblar.

Gərgin idman mübarizə şəraitində davam edən turnirdə Səxavət Hacıyev (30kq.Sumqayıt-UGİM-2), Şirin Şirəliyev (34kq. Təhsil-RİM-Sumqayıt Filialı), Mirağa Hacıyev (38kq. Təhsil-RİM-Sumqayıt Filialı), Mətin Rzazadə (42 kq. Bakı-Təhsil), Tahir Nəsibov (46kq Təhsil-RİM-Sumqayıt Filialı), Zaməddin Poladov (50kq. Sumqayıt-UGİM-2), Nurlan Bədirli (55kq.Təhsil-RİM-Sumqayıt Filialı), Kamran Novruzov (60kq.Sumqayıt-Olimpiya İdman Kompleksi), Ülvü Hüseynov (60kq.Bakı-UGİM-13) və Toğrul Salmanov (+66kq.Təhsil-RİM-Sumqayıt Filialı) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sonda qaliblər Baş İdarə tərəfindən fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar.

Xəbər 1031 dəfə oxundu.