"Mançester Siti" və "Şalke" 1/8 finalda "Roma" qrupda qaldı
Bu gün Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.

Son oyun günündə daha 8 qarşılaşma baş tutub.

E qrupunun lideri "Bavaiya" öz meydanında CSKA (Moskva) klubunu sınağa çəkib. Moskva təmsilçisi 1/8 finala yüksəlmək üçün bu görüşdə mütləq qələbə qazanmalı idi. Lakin.”Bavariya” rəqibinə heç bir şans verməyib – 3:0. Qrupun digər matçında "Roma" və "Mançester Siti" komandaları üz-üzə gəlib. İngilətərə təmsilçisi 2:0 hesabı ilə qalib gələrək 1/8 finalda oynamaq hüququ qazanıb.

F qrupunun liderləri "Barselona" və PSJ komandaları bu dəfə Kataloniyada münasibətlərinə aydınlıq gətiriblər. Qrupu lider kimi başa vurmaq üçün Paris təmsilçisini bir xal da qane edirdi. Lakin meydan sahibləri 3:1 hesablı qələbə qazanmaqla “Pley-off”a qrup lideri kimi yüksəlib. Digər oyunda "Ayaks" APOEL-ə 4:0 hesabı ilə qalib gəlib. Bununla da Hollandiya klubu mübarizəni Avropa Liqasında davam etdirmək hüququ qazanıb.

G qrupunda lider "Çelsi" klubu öz meydanında "Sportinq"lə üz-üzə gəlib. Artıq qrup liderliyini təmin etmiş "Çelsi" üçün bu görüş formal xarakteri daşıyıb.Bununla belə, Londin təmsilçisi inamlı qələbə qazanıb – 3:1. Səfərdə "Maribor"un qonağı olan “Şalke" isə rəqibinə 1:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.

H qrupunda "Portu" öz meydanında "Şaxtyor" (Donetsk) klubunu qəbul edib. Artıq hər iki komanda 1/8 finala vəsiqəni təmin etdiyindən bu görüş onlar üçün formal xarakteri daşıyıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Qrupun digər matçında "Atletik" (Bilbao) və BATE komandaları qarşılaşıblar. Rəqibinə 1:0 hesabı ilə qalib gələn Bilbao təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirmək hüququ qazanıb.

Qeyd edək ki, dünən keçirilən 8 oyundan sonra "Atletiko" (Madrid, İspaniya), "Yuventus" (İtaliya), "Real" (Madrid, İspaniya), "Bazel" (İsveçrə), "Monako" (Fransa), "Bayer" (Leverkuzen, Almaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Arsenal" 9İngiltərə) klubları 1/8 finala yüksəliblər.

Xəbər 796 dəfə oxundu.