"Simurq"un qış toplanışının vaxtı bilindi
"Simurq"un qış təlim-məşq toplanışıyla bağlı planları artıq məlumdur. Zaqatala klubu yanvarın 6-da Antalyaya yola düşəcək. Komanda "Sirena Belek" otelində məskunlaşacaq. Zaqatala təmsilçisi burada dörd yoldaşlıq görüşü keçirəcək. Qarşılaşmalar 15, 18, 21 və 24 yanvar tarixlərində baş tutacaq. Georgi Çixradzenin yetirmələrinin ilk rəqibi Albaniyanın "Partizani" klubu olacaq.

Qeyd edək ki, "Simurq" yanvarın 25-də ölkəyə qayıdacaq və hazırlıqları Zaqatalada davam etdirəcək.

Xəbər 863 dəfə oxundu.