Peres Valensiya və ya MY-ya keçə bilər
Benfikanın futbolçusu Enso Peres Valensiya və Mançester Yunaytedin maraq dairəsindədir.

Superdeporte-nin məlumatına görə 28 yaşlı yarımmüdafiəçinin transferi artıq yanvar ayında reallaşa bilər.

Valensiya Peres uğrunda mübarizədə favorit sayılır.

Qeyd edək ki, Portuqaliya çempionatının bu mövsümündə Peres 1 qool vurub və 3 ötürmə edib.

Xəbər 794 dəfə oxundu.