Ronaldo Raulu geridə qoydu
"Real"ın futbolçusu Kriştiano Ronaldo Raul Qonzalesi geridə qoyub.

Portuqaliyalı hücumçu Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Ludoqorets"lə matçın 20-ci dəqiqəsində penaltidən fərqlənib. Bununla da ÇL-də vurduğu qolların sayını 72-ə yüksəldən Ronaldo R.Qonzalesi (71 qol) qabaqlayıb.

Qeyd edək ki, ÇL tarixində ən çox qol vuran futbolçu "Barselona"nın hücumçusu Lionel Messidir (74 qol).

Xəbər 799 dəfə oxundu.