Premyer Liqamızda oyunların vaxtı açıqlandı
Azərbaycan Premyer Liqasında 16-cı turun oyun cədvəli açıqlanıb.

İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, turun bütün qarşılaşmaları 13-14 dekabr tarixlərində keçiriləcək.

13 dekabr (şənbə)

“Simurq” – “İnter”
Zaqatala şəhər stadionu, 17:00

14 dekabr (bazar)

“Bakı” – “Xəzər Lənkəran”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 14:00

“Neftçi” – “Sumqayıt”
8-ci km qəsəbə stadionu, 17:00

“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 15:00

Xəbər 768 dəfə oxundu.