"Mançester Siti"nin 250 milyon avroluq yeni bazası
"Mançester Siti" 6 ay müddətinə tikilən yeni bazasını istifadəyə verib.

32 hektar ərazisi olan bazanın tikinti işləri üçün 250 milyon avroya yaxın xərclənib. "Etihad" stadionuns yaxın ərazidə yerləşən bazadan təkcə "Mançester Siti"nin futbolçuları yox, "Nyu-York Siti", "Melburn Siti" "Yokahama Marinos" klubları da istifadə edə biləcək.

Yeni bazanın 16 meydançası, üç idman salonu var. Bazanın üçüncü mərtəbəsində futbolçuların qalması üçün otaqlar ayrılıb.

Xəbər 924 dəfə oxundu.