Rusiyadan 9 medal
Kabardin-Balkariya Respublikası Nalçik şəhərində təşkil edilən ənənəvi VII beynəlxalq “Cup of Elbrus” turniri başa çatdı.Bu yarışda ölkəmizi, Sumqayıt şəhər Olimpiya və İdman kompleksindən 21 taekvondoçu təmsil edib.

Ukrayna,Kipr,Azərbaycan,Ermənistan,İordaniya, Rusiya Federasiyası bölgələrindən, ümumilikdə 40 komandanın və 550 taekvondoçunun iştirak etdiyi yarışda uğurlu çıxış edən komandamız, 4 qızıl,1 gümüş və 4 bürünc, ümumilikdə 9 medalla vətənə dönür.

Baş məşqçi, Vurğun Cəfərovun rəhbərliyi ilə döyüşlərə qatılan idmançlardan, gənclər arasında 55 çəki dərəcəsində Fizam Mehdiyev,yeniyetmələ arasında Xanoğlan Kərimov (-33 kq),Mehriban Məmmədov (-41 kq), uşaqlar arasında isə Röya Süleymanova (-26 kq) rəqiblərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxmışlar.

Digər taekvondoçulardan, üşaqlar arasında Gülsüm Həsanzadə (-26 kq) gümüs medal,Kənan Məmmədov (-24 kq) bürünc medaı,yeniyetmə arasında isə Xəyyam Paşayev (+65 kq),Nərmin Ələkbərova (-47 kq) və Sənubər Əşrəfova (-44 kq) bürünc medala layiq görülmüşlər.

Xəbər 1027 dəfə oxundu.