“Qarabağ”dan üzücü xəbər | |
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin İtaliya “İnter”inə qarşı keçiriləcək oyununa ciddi itki ilə çıxa bilər. Azərbaycan Premyer Liqasının 15-ci turunun dekabrın 7-də “Neftçi”yə qarşı keçirilən matçında zədələnən Bədavi Hüseynovun qarşıdakı oyunda meydana çıxıb-çıxmayacağı sual altındadır. Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az-a bildirib ki, gənc müdafiəçinin diz qapağının altında zədə aşkarlanıb: “Hazırda futbolçunun ayağında ağrılar var və o, bərpa prosesi keçir”. Klub rəsmisi bildirib ki, B.Hüseynovun “İnter”lə matçda iştirak edib-etməyəcəyi oyun günü, dekabrın 11-də müəyyənləşəcək. |
|
Xəbər 905 dəfə oxundu. |
|
|