Qadın basketbolçularımız mübarizəyə qoşulurlar
Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında iştirakını yenidən bərpa edib. Apasport.az saytının məlumatına görə, yığmamız C divizionunda mübarizə aparacaqlar.

Artıq yarışın püşkü atılıb və millimiz iyulun 10-15-də Makedoniyanın Struqa şəhərində baş tutacaq çempionatda «A» qrupunda yer alıb. Basketbolçularımızın rəqibləri Şotlandiya, Moldova və Malta yığmaları olacaq. «B» qrupunda isə Makedoniya, Avstriya, Cəbəllütariq və Uels komandaları mübarizə aparacaqlar.

Oyunların təqvimi

10 iyul
Şotlandiya - Azərbaycan
Moldova - Malta
Avstriya - Uels
Cəbəllütariq - Makedoniya

11 iyul
Malta- Şotlandiya
Azərbaycan - Moldova
Makedoniya - Avstriya
Uels - Cəbəllütariq

12 iyul
Şotlandiya - Moldova
Malta - Azərbaycan
Avstriya - Cəbəllütariq
Makedoniya – Uels

Xəbər 1185 dəfə oxundu.