Göygöl Olimpiya İdman Kompleksi
Yaradılış tarixi: 21 yanvar, 2014-cü il
Ərazi: 6 hektar

Göygöl Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilmiş, 21 yanvar 2014-cü ildə fəaliyyətə başlamışdır.
İdman Kompleksinin binası 3 Blokdan ibarətdir. Binanın giriş hissəsində sahəsi 450 m2 olan foye, 50 nəfərlik kafe yerləşir.
A Bloku – l mərtəbə: 2 döşəkli güləş zalı (27x21 m), Trenajor zalı (19.8x6 m) və sahəsi 164 m2 olan terrassa yerləşir. ll mərtəbə: Boks zalı (19.8x10.5 m),Konfrans zalı var.
B Bloku – Üzgüçülük zalında hovuzun ölçüsü 25x12.5 metr, tamaşaçı oturacağı yerlərinin sayı 102 nəfərlik, 2 ədəd soyunub-geyinmə otağı, 2 ədəd sauna və s.
C Bloku – Universal idman zalı (50x36 m), tamaşaçı oturacağı yerlərinin sayı 800 nəfərlik, VİP tribuna yerləşir. Bundan başqa l və ll mərtəbələrdə 17 ədəd 2 nəfərlik idmançılar üçün yataq otaqları (cəmi 34 nəfərlik) və 2 ədəd tamaşaçılar üçün sanitar qovşaqlar vardır.
Kompleksin ərazisində 5 ədəd 2 mərtəbəli Kottec binaları inşa edilmişdir. Hər bir kottecdə 12 nəfər yerləşməklə Kotteclər üzrə yerləşmə sayı 60 nəfərdir.
Göygöl İdman Kompleksinin ərazisində 44 yataq yerli 17 otaqlı mehmanxana da inşa edilmişdir.
Futbol stadionu - 105x68 metr ölçülü, süni ot örtüklü meydança, stadionun ətrafında yüngül atletika yarışları üçün epidem örtüklü 6 zolaqlı 100 metrlik qaçış zolağı, uzunluğa tullanma cığırı inşa edilmişdir.
Eyni zamanda stadionda üstüörtülü 1300 tamaşaçı oturacağı yerlik tribuna inşa edilmiş, elektron tablo quraşdırılmışdır.
Bundan əlavə ərazidə 40x24 metr ölçüdə mini futbol meydançası və 18x9 metr ölçüdə süni örtüklü voleybol meydançası inşa edilmiş, meydançaların ətrafı 6 metr hündürlükdə metal-məsaməli hasara alınmış və işıqlandırma sistemi ilə təchiz olunmuşdur.

Ünvan: Göygöl şəhəri, Fikrət Əmirov Qəsəbəsi
İndeks: AZ2501
Şəhər: Göygöl
Telefon: 055-677-36-41
E-mail: goygol.olympic@gmail.com

Xəbər 7097 dəfə oxundu.