Cəlilabad Olimpiya İdman Kompleksi
Yaradılış tarixi: 31 iyul, 2012-ci il
Ərazi: 5.36 hektar

Cəlilabad Olimpiya İdman Kompleksi 1 aprel 2013-cü ildən fəaliyyət göstərir.
Kompleksin ərazisi 5.36 hektardır. Kompleksdə 724 nəfər tamaşaçı tutumu olan universal zal, üzgüçülük hovuzu, güləş zalı, taekvando zalı, şahmat otağı, fitnes zalı, 50 yerlik akt zalı mövcuddur.
Bunlardan əlavə kompleksdə 80 nəfərlik yeməkxana, 900 nəfər tamaşaçı tutumu olan futbol stadionu, minifutbol meydançası, basketbol meydançası, tennis kortu və voleybol meydançası da mövcuddur.
Cəlilabad Olimpiya İdman Kompleksinin ərazisində 24 otaqlı 48 yataq yeri olan mehmanxana da vardır.
Ünvan: Qurtuluş küçəsi, 296
İndeks: 1500
Şəhər: Cəlilabad
Telefon: (050) 668-56-11
E-mail: celilabadoik@gmail.com

Xəbər 3797 dəfə oxundu.