Elxan Məmmədov: “Baş məşqçidən hesabat tələb olunacaq”

Rusiyanın Sank-Peterburq şəhərində təşkil edilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə çıxış edən U-19 yığması turniri sonuncu pillədə başa vurdu. İdman.com.az-ın məlumatına görə, bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədov fikrini affa.az saytına bildirib: “Komandamızın real gücündən lazımi səviyyədə istifadə edə bilməməsi və məğlub olması bizi son dərəcə məyus edir. Bildiyiniz kimi komandamız 4-cü ildir ki, bu turnirdə iştirak edir. Yaşar Vahabzadənin rəhbərliyi altında 2009-cu ildə 7-ci yeri tutan komandamız 1 il sonra Bernhard Lippertin rəhbərliyi sayəsində 5-ci yerə qalxmışdı. Vəli Qasımovun rəhbərliyi altında isə ötən il 7-ci pilləyə düşən komandamız bu il turniri sonuncu yerdə başa vurdu. Bununla əlaqədar olaraq, komandanın baş məşqçisindən hesabat tələb olunacaq və komanda üzvləri ilə görüş keçiriləcək”.

Xəbər 895 dəfə oxundu.