7 şahmatçımız Arazın o tayına yollanır

Yanvarın 12-də İranın Təbriz şəhərində şahmat üzrə 20-ci “Fəcr Open” turniri başlayacaq. İdman.com.az saytı xəbər verir ki, yarışda ölkəmizi Qədir Hüseynov (2634), Rəsul İbrahimov (2550), Vüqar Rəsulov (2537), Orxan Abdulov (2429), Kənan Heydərli (2376), Amil Abbasov (2160) və Ülvi Sadıxov (2134) təmsil edəcəklər. İsveçrə sistemi üzrə keçiriləcək yarışda 122 şahmatçı qalib adı uğrunda mübarizə aparacaq.

Xəbər 999 dəfə oxundu.