Dostluq görüşü: Azərbaycan - Fransa 9:1
Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında Dostluq görüşü keçirilib. Hər üç növdə güləşçilərin iştirak etdiyi Dostluq görüşü Parisin ən məşhur saraylarından biri olan Qış sirkində baş tutub.

Gərgin və maraqlı mübarizə şəraitində keçən Dostluq görüşü Azərbaycan güləşçilərinin 9:1 hesablı qələbəsi ilə başa çatıb.

Sərbəst və qadın güləşçilərin mübarizəsində bütün təmsilçilərimiz rəqiblərini tam üstünlüklə məğlub edib.

Yunan-Roma güləşçilərinin mübarizəsi daha gərgin keçib. İlk mübarizəyə qoşulan Rövşən Bayramov hesabda 4:0 öndə olsa da zədələnərək görüşü davam etdirə bilməyib. Ardınca Həsən Əliyev görüşü qələbə ilə başa vurub. 85 kq çəki dərəcəsində gənc güləşçimiz İslam Abbasov isə, son dünya çempionu ilə görüşdə əzmkarlıq nümayiş etdirərək rəqibini məğlub edib.

Xəbər 884 dəfə oxundu.